"Öncə müəyyənləşdirməliyik ki, bizə diplomu olub, bacarığı, səriştəsi olmayanlar lazımdırmı? Bu gün tələbə müəllim ixtisası üzrə ali məktəbi bitirir, amma dərs deyə bilmir".
Teleqraf.com xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, ya da mühəndis universiteti bitirir, lakin çalışa bilməsi üçün bəzi ehtiyacları olur:
"Digər tərəfdən, xaricdə təhsilin bəzi məqamları var ki, milli təhlükəsizlik baxımından çox diqqətlə yanaşmalıyıq. Həmçinin oxuyub gələn bəzi şəxslərin diplomu tanınmır və valideynlər məhkəmələrə üz tutur. Bunun çıxış yolu universitetləri gücləndirməkdən keçir. Çünki tələbə xaricə gedib qayıdanda bir sıra siyasi problemlər də ortaya çıxır. Digər tərəfdən ali məktəblərimizin yataqxana problemi var. Hesab edirəm ki, ali təhsilimiz üçün yataqxana sistemi yaradılmalıdır".