Biz ali təhsil müəssisələri arasında rəqabətliliyə meyl etmirik.
Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, məsələn, tibb bir yerdə olsa daha yaxşıdır, 4 yerdə olsa keyfiyyət itə bilər: "Bu gün Azərbaycan universitetində bir mühəndis hazırlamaq üçün 1600 manat vəsait ödənilir. 1600 manata necə beynəlxalq rəqabətədavamlı mühəndis hazırlana bilər?”.