13 Mart 2023 21:24
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Şəhər İcra Hakimiyyəti bu gün mətbuatda şəhər sakinlərinin iməcilik adı altında məcburi əməyə cəlb edilməsi, küçələrin təmizlədilməsi barədə yayılan iddialara münasibət bildirib.

RİH-dən Teleqraf.com-a bildirilib ki, martın 11-də adət-ənənələrinə uyğun olaraq, bahar fəslini “Təmiz Şirvan”la qarşılamaq məqsədi ilə Şirvan şəhər ərazisində ümumşəhər iməcliyi təşkil olunub.

“İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıq nümayiş etdiriblər.
Hər bir müəssisənin əməkdaşları həmin müəssisənin xidməti ərazisinin təmizlənməsində iştirak edib. İməclik Novruz bayramına hazırlıqla əlaqədar sakinlərin könüllü iştirakı ilə keçirilib. Ona görə də heç bir məcburiyyətdən söhbət gedə bilməz. Ümumşəhər iməcliyi barədə 11 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılıb. İnternet saytlarından əsassız, böhtan xarakterli məlumatların paylaşılmaması xahiş olunur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər