16 Mart 2023 13:52
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli Məclisinin bir qrup deputatı Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün martın 16-da bu ölkənin paytaxtı Astana şəhərinə səfər edəcək.

Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlar Cavanşir Feyziyev və Hikmət Məmmədov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) xətti ilə, İqbal Məmmədov və Rüfət Quliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) xətti ilə martın 19-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.

Millət vəkilləri beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər martın 21-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər