17 Mart 2023 11:18
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin əlillik təyinatı ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb. Bu kimi halların qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.

Qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilmiş hallar üzrə ötən dövr ərzində toplanmış materiallar hüquqi qiymətin verilməsi məqsədilə Respublika Baş Prokurorluğuna təqdim edilib. Toplanmış materiallar üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını talama cinayətlərinin tərkib əlamətləri müəyyən edildiyindən faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər