17 Mart 2023 11:30
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.

Teleqraf.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

"2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb", - deyə o qeyd edib.

"Hazırda valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır", - hökumət başçısı əlavə edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər