Ötən il 157 insan alveri və 3 məcburi əmək cinayəti qeydə alınıb, bu hüquqa zidd əməllərin qurbanı olan 94 şəxs müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, müvafiq istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 157 insan alveri və 3 məcburi əmək cinayəti qeydə alınıb, bu hüquq zidd əməllərin qurbanı olan 94 şəxs müəyyən edilib. Qurbanların 73-ü sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün lazımi tədbirlər görülüb. İnsan alveri qurbanlarına birdəfəlik müavinətlər verilib, 9-u işlə təmin edilib, 25-i peşə kursuna, 32-si Yardım Mərkəzinə göndərilib.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.