17 Mart 2023 17:39
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bir sıra şəhidlərimizin adları hələ də əbədiləşdirilməyib. Bəzi küçə adları var ki, nəyi ifadə edir, bilinmir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

“Məsələn, bir şəhidimizin ailəsi müraciət edirdi, şəhidimizin vaxtilə Binəqədidə yaşadığı küçənin adı “İzvidnoy” adlanır. Bu “İzvidnoy” nə deməkdir heç kim başa düşmür. Binəqədi rayonunda “İkinci Dəmir yolu”, “Üçüncü Dəmir yolu”, Yasamalda “Yeddinci sallaqxana” və s. adlarla küçələr var. Bunlar nə məna ifadə edir, bilinmir. Biz istəyirik ki, bütün şəhidlərimizin adı əbədiləşsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər