20 Mart 2023 17:28
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat açıqlayıb.

Bildirilib ki, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 4 nəfər isə sağalıb.

Sutka ərzində xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 271 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 795 nəfər müalicə olunaraq sağalıb, hazırda 323 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 526, bu günə qədər isə ümumilikdə 7 549 889 test icra olunub.

Bununla yanaşı ölkədə son sutka ərzində vaksinasiya olunan olmayıb.


Müəllif: Teleqraf.com