Sabah saat 08:00-dan martın 24-ü saat 22:00–a qədər Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, buna səbəb aparılacaq təmir işləridir.