24 Mart 2023 14:43
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) martın 24-də İsmayıllıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.

Teleqraf.com nazirliyə istinadən xəbər verir ki, martın 24-də saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər