26 Mart 2023 11:50
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-dan Ufadan Bakıya daha bir aviareys açılacaq.

Teleqraf.com xəbər verir ki, “İraero” Hava Yolları Ufadan Azərbaycanın paytaxtına hər həftənin çərşənbə günləri reyslər yerinə yetirəcək.

Bildirilir ki, uçuşlar 100 yerlik “Suxoy Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Uçuş vaxtı təxminən üç saat olacaq.

Qeyd edək ki, bununla yanaşı, çərşənbə axşamı Ufadan Bakıya 126 yerlik “Utair” şirkətinin “Boinq 737-500” təyyarəsi də uçur. Həmçinin cümə axşamı və bazar günləri Azərbaycanın paytaxtına uçuşlar AZAL tərəfindən 106 sərnişin tutumlu “Embraer 190” təyyarəsi ilə həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər