29 Dekabr 2014 18:24
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

C.Naxçıvanski adına Hərbi Liseydə Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr edilmiş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdən əvvəl İcra hakimiyyətinin başçısı muzeyin Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.

Sonra Hərbi Liseyin rəisi general-mayor M.Almasov Xətai rayon İcra hakimiyyətinin başçısı R.Məmmədova xatirə hədiyyəsi təqdim edib. Muzey ilə tanışlıqdan sonra tədbir Hərbi Liseyin klubunda davam edib.

Hərbi Lisey rəisi, Xətai rayon İcra hakimiyyətinin başçısı və başqaları çıxış edərək tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibətilə təbrik ediblər. Tədrisdə fərqlənən kursantlar qiymətli hədiyyə və fəxri fərmanla təltif ediliblər.

Bayram münasibətilə Xətai rayon İcra hakimiyyəti tərəfindən Hərbi Liseyə 10 ədəd komputer dəsti hədiyyə olunub.

Daha sonra tədbir mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

BƏXTİYAR


Müəllif: