Abşeron rayon Saray qəsəbəsində koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə quraşdırılmış modul tipli xəstəxana vərəm əlehinə modul tipli xəstəxanaya çevrilib.
Bu barədə Teleqraf.com-a qəsəbə sakinləri məlumat verib.
Qeyd edək ki, bir müddət öncə pulmonoloq Həsən Həsənzadə ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyətin ciddi və təhlükəli hal alması barədə çağırış etmişdi. O bildirib ki, bütün dünyada vərəmə nadir görülən xəstəlik olaraq baxılsa da, ölkəmizdə bu xəstəlik gündən-günə daha çox yayılır.
Sözügedən məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.