27 Mart 2023 14:06
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şadlıq saraylarında menyular bahalaşıb.

Bu barədə Teleqraf.com-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, 2023-cü ilin ferval ayında şadlıq saraylarında sifarişlərin sayı 27.5 faiz azalıb.

Bununla yanaşı şadlıq saraylarında fevral ayında qiymətlər 5.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 6.5 faiz.

Qiyməti 40-80 faiz olan menyularda 5.7 faiz qiymət artımı müşahidə edilib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər