28 Mart 2023 11:56
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayılan məlumatlara görə, ölkənin məscid və digər ibadətgahlarında qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən alınıb. Bildirilir ki, artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi həyata keçirir.

Teleqraf.com sözügedən məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb: “Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər