29 Mart 2023 10:14
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında deputatın köməkçisi Əjdər Əliyev məlumat verib.

O bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub:

“Hazırda onun səhhəti qaydasındadır”.

Xatırladaq ki, deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər