30 Mart 2023 17:52
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 355 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 59, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 954 233, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 005, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 942, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 924 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com