30 Dekabr 2014 07:31
798
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Facebook" sosial şəbəkəsinin 2014-dən fotoqrafları və statusları birləşdirib paylaşan "Year in Review" ("İlə baxış) tətbiqetməsi bəzi istifadəçiləri razı salmayıb.
Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sistemin alqoritmdən istifadə edərək ilin ən çox "like" toplayanları təqdim edərək, "Möhtəşəm bir il idi! Bunun bir hissəsi olduğunuz üçün təşəkkür!" yazması şikayətlərə səbəb olub. Paylaşımdan qabaq dəyişiklik etmək olsa da, təsadüfi seçimlər bəzi pis hadisələri də yada salır.
Məşhur yazıçı Erik Meyer gənc qardaşının ölümünün xatırladılmasına görə paylaşımı "Özündən asılı olmayan alqoritmik qəddarlıq" adlandırıb. Meyer yazısında qeyd edib ki, il ərzində yaxınlarını itirənlər, xəstəxanda yatanlar, boşananlar və ya işini itirənlər ilə təkrar baxmaq istəməsə də "Facebook" bunu onlara təqdim edir.
Sosial şəbəkədəki bu tətbiqetmənin müdiri Conatan Geller yazıçıyla əlaqə saxlayaraq ondan üzr istəyib:
"Bu sistem bir çoxları üçün maraqlıydı, ancaq açıq-aydın görünür ki, sevincdən çox kədərli günləri də yada salıb. Meyer vaxtını ayırıb bunu bloqunda yazdığı üçün təşəkkür edirik".
Qeyd edək ki, "Year in Review" tez-tez istifadəçilərin qabağa çıxmasına görə də tənqid olunur.

Müəllif:

Oxşar xəbərlər