30 Mart 2023 18:36
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 il əvvəl Qarabağda separatçı hərəkat başlayanda bu prosesin Azərbaycan üçün qanlı tarixlə yadda qalacağını az adam guman edirdi. SSRİ vətəndaşları olan azərbaycanlılar erməni xainliyini sovet dövrünün “qəribə kaprizi” hesab edir və tezliklə buna son qoyulacağına inanırdılar.

Teleqraf.com xəbər verir ki, professor Cəmil Həsənli o zaman Azərbaycanın siyasi rəhbərliyinə Şuşadan vurulmuş bir teleqramı paylaşıb.

Şuşada yaşayan Qəhrəman Ana Teybə Hüseynova 1988-ci ilin iyul ayının 8-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirova vurdğu teleqarmda “Stepanakertdə sovet hakimiyyətinin olmadığını” bildirib və bu hökuməti “bərpa etmək üçün ona icazə verilməsini” istəyib.

Teleqramda deyilir:

“Eşitdiyimə görə, Fidel Kastro ətrafında 85 nəfərlə sosialist inqilabına qələbə qazandırdı. Mən qəhrəman anayam. 11 uşağım var. Onların övladları indi 85 nəfərdən çoxdur. 5 aydır Stepanakertdə sovet hakimiyyəti fəaliyyət gpstərmir. İcazə verin mən ailə üzvlərimlə Stepanakertdə sovet hakimiyyətini bərpa edim.

Qəhrəman ana Teybə Hüseynova.

Şuşa. Capardize küçəsi 20”.

Bu sənəd o zamankı hakimiyyətdən fərqli olaraq xalqın baş verənlərə ayıq nəzərlərlə baxdığını bir daha subut edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər