1 Aprel 2023 12:30
5 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazın gəlməsinə baxmayaraq Daşkəsən rayonuna iki gündür güclü qar yağır.

Teleqraf.com xəbər verir ki, yağan qarın qalınlığı rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün ərazilərə qum-duz qarışığı səpilir.

Qazın, işığın və içməli suyun verilişində heç bir problem yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər