“Azadlığın bir günü də dəyərlidir”
Bu gün prezidentin sərəncamı ilə əfv olunan və azadlığa buraxılan 9 uşaq atası Etibar Məmmədoğlu ailəsi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Etibar Məmmədoğlu deyib ki, 2 il həbsxana həyatı yaşayıb. Onun sözlərinə görə, həbsdə olan müddətdə azadlığın hər gününün dəyərli olduğunu başa düşüb.
Etibar Məmmədoğlu deyib ki, ailəsinin böyük olması, ailə vəziyyətinin ağır durumda olması əfv olunan zaman nəzərə alınıb: “Prezidentə təşəkkürümü bildirirəm ki, cəzamın yarıdan çəkilməmiş hissəsini bağışlayıb. Ailəmə qovuşmağıma görə, cənab Prezidentə çox minnətdaram”.
Əfv olunan məhkum törətdiyi əmələ görə, peşman olduğunu deyib: “Bundan sonra heç vaxt cinayət törətmərəm. Çünki içəridə olanda düşünməyə çox vaxtım olub. Azadlığı heç nəyə dəyişmək olmaz. Zindanda yaşamaq çox çətindir. Bir təsadüf nəticəsində baş verən cinayət nəticəsində həbsxana həyatı yaşadım”.
Daha sonra Etibar Məmmədoğlu cəza çəkdiyi 6 saylı cəza çəkmə müəssisindən azadlığa buraxılıb. Onu müəssisinin qarşısında ailə üzvləri qarşılayıb. Ailə üzvləri azadlığa buraxılmasına görə, prezident İlham Əliyevə minatdarlıq etdiklərini bildiriblər.
Hacı Zeynalov
Foto: Ruslan Allahverdiyev