12 May 2014 11:27
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi təhsil bazasında (9 illik) kolleclərə sənəd vermək istəyən abituriyentlərə müraciət edib.

TQDK-dan Teleqraf.com-a verilən xəbərə görə, ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 12-də başlayıb və iyunun 12-i saat 18.00-dək davam edəcək.

Ərizə vermək istəyən abituriyentlər mayın 12-dən etibarən TQDK-nın internet saytının müvafiq bölməsinə http://eservices.tqdk.gov.az/erizetex/ daxil olub şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” ni doldurur və elektron ərizələrinin təsdiqini təmin edirlər.

Xatırladaq ki, sənədlərini təsdiq etdirən abituriyentlər orta məktəbin 9-cu sinif buraxılış imtahanda iştirak edib uğurlu nəticə əldə etdikdə imtahansız sənəd verdikləri müvafiq kollecə qəbul olunacaqlar.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı daha ətraflı məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunub.

NİGAR

Abituriyentin elektron ərizəsi

eservices.tqdk.gov.az


Müəllif: