30 Dekabr 2014 16:16
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Akademiyanın rəhbər heyəti, zabit və kursantlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edərək qeyd edib ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir.

31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib.

Sonra tədbir Akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam ediblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər