7 Aprel 2023 14:19
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin hamısı evə buraxılıb.

Bu barədə Teleqraf.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicə alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, aprelin 6-da adıçəkilən liseyin bufetindən toyuq əti yeyən uşaqlarda kütləvi qarın ağrısı əlamətləri müşahidə olunub. 6 nəfər (dördü qız, ikisi oğlan olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Məktəbdə iaşə xidmətini “Tais ikf” MMC təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər