7 Aprel 2023 23:17
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a bildirilib ki, son gün ərzində koronavirus infeksiyasına 95 yeni yoluxma qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Məlumata görə, xəstəlikdən ölən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 830 230 nəfər koronavirusa yoluxub. Onlardan 819 533 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 501 nəfərdir.

Son gün ərzində 795, hazırkı dövrədək isə 7 566 492 test aparılıb.

Eyni zamanda ölkədə son sutka ərzində 159 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 109, ikinci doza vaksinlərin sayı 17 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 25-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 957 138 olub.


Müəllif: Teleqraf.com