Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir.
Teleqraf.com xəbər verir ki, Bakıdakı Məşədi Dadaş məscidinə təşrif buyuranlar bu dəfə ilk Qədr gecəsində məscidin imamı olmuş mərhum Hacı Şahin Həsənlini yad edərək dualar oxuyublar.
Dindarlar məscidin hazırkı imamı Elmir Vəliyevin moizələrini dinləyib, dünyasını dəyişmiş din xadimlərinin ruhuna salavat çeviriblər.