11 Aprel 2023 12:18
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanunun 6.6-cı bəndinin yeni redaksiyada verilməsi təklif olunur.

Dəyişikliklə müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya hamin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək.

Qanunun hazırda qüvvədə olan 6.6-cı bəndi isə belədir: "Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir".

Dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında ilk oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər