31 Dekabr 2014 22:38
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə əhalisinin sayı ilin əvvəlindən bir faiz artaraq 9574,3 min nəfərə çatıb.

Teleqraf.com-un məlumatıa görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin sıxlığı bir kvadratkilometrə 111 nəfərdir. Hazırda hər 1000 kişiyə 1011 qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir.

Cari ilin 10 ayında ölkədə 142,6 min körpə doğulub. Onların 53,6 faizi oğlan, 46,4 faizi isə qızlardır. Bu dövrdə ölkədə 46,2 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalına görə, bu göstərici 5,9 faiz təşkil edib.

Ölkədə rəsmi orqanlar tərəfindən 73,2 min nikah və 10 min boşanma halı qeydə alınıb. Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən yanvar-oktyabr aylarında daimi yaşamaq üçün Azərbaycana 1455 nəfərin gəldiyi və 690 nəfərin ölkədən getdiyi qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər