Sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq.
Nisbi rütubət 60-70 %, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Aprelin 17-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.