16 Aprel 2023 13:37
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus Xankəndindən gələn 1 minik və 9 yük maşını maneəsiz keçid edib. Avtomobillər Laçın istiqamətinə hərəkət edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 123 gündür davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər