17 Aprel 2023 16:12
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi 2023-cü ilin birinci rübü ərzində ölkə ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.

Nazirlikdən Telerqraf.com-a verilən məlumata görə, rüb ərzində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 76 hüquqi və fiziki şəxsə aid təhlükə potensiallı qurğu və avadanlıq ilk dəfə, 215 hüquqi və fiziki şəxsə aid təhlükə potensiallı qurğu və avadanlıq təkrar olaraq Dövlət reyestrində qeydiyyatdan keçirilib, 5 hüquqi və fiziki şəxsin müraciəti əsasında isə reyestr qeydiyyatından çıxarılma olub.

Bununla bərabər, rüb ərzində 165 ədəd texnoloji və digər mexaniki nəqliyyat vasitəsi Agentlikdə qeydiyyata, 58 ədəd isə təkrar qeydiyyata alınıb. Eyni zamanda, 476 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib. Təhlükəli yükləri daşıyan 340 ədəd avtonəqliyyat vasitəsində texniki müayinə aparılıb, təhlükəli yüklərin daşınmasında istifadə olunan 211 ədəd avtoçənrdə yuma-deqazasiya işləri həyata keçirilib.

Hesabat dövründə sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 713 təhlükə potensiallı obyektdə (müəssisədə) 7019 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 1131 akt tərtib edilib, qayda pozuntuları aşkar edilən 53 qurğunun istismarına qadağa qoyulub.

Texniki təhlükəsizlik qaydaları üzrə biliklərin yoxlanılması sahəsində 893 nəfər fəhlənin, 434 nəfər mühəndis-texniki işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə konkret sahələr üzrə müvafiq sənədlər verilib.

Eyni zamanda texniki müayinələr zamanı müəyyən edilmiş 16 qayda pozuntusunda inzibati xətanın əlamətləri aşkar olunduğu üçün 1 hüquqi və 15 vəzifəli şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Hesabat dövrü ərzində təhlükə potensiallı obyektlərdə istismar olunan 1894 qurğu və avadanlıq üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri təsdiq olunub və həmin qurğu və avadanlıqlar texniki təhlükəsizlik serifikatları ilə təmin edilib. Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış 18 təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannamələri üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri müvafiq qaydada Agentlik tərəfindən təsdiq edilib.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi respublika ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər