Araşdırmalar “fast-food” yeməklərinin beyinə zərər verdiyini bir daha təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, 85000 uşağın iştirakı ilə aparılan araşdırma zamanı “fast-food” yeyən uşaqlarda riyazi test göstəricilərinin çox aşağı olduğu ortaya çıxıb.
Piylənmədən tutmuş, bir çox dəri xəstəliklərinə yol açan “fast-food” yeməkləri beyni tamamən zəiflədirmiş.
Çoxlu “fast-food” yeyən uşaqların riyazi fənlərdən qiymətləri çox aşğı olur. Alimlərin fikrinə görə, bu, “fast-food”un səbəb olduğu dəmir çatışmazlığından irəli gəlir. Belə halda beyində bəzi proseslər zəifləyir. Başqa bir iddiaya görə, çox yağ və şəkərin daxil olduğu qidalanma öyrənmə prosesinə mənfi təsir edir.