Türkiyədə əhalinin məişətdə istifadə etdiyi təbii qaz bir il müddətinə ödənişsiz olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətinin Filyos rayonunda Qara dənizdən çıxarılan təbii qazın istifadəyə verilməsi ilə bağlı təşkil olunan rəsmi mərasimdə çıxışı zamanı bildirib.
O, əlavə olaraq bir ay ərzində əhaliyə verilən təbii qazın ödənişsiz olacağını da qeyd edib