23 Aprel 2023 11:31
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərini təkcə qonşuluq əlaqələri birləşdirmir. Qəsəbə sakinlərinin ortaq cəhəti həm də qaz sayğacına edilən qanunsuz müdaxilədir.

“Azəriqaz” İB-dən Teleqraf.com-a verilən məlumata görə, kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib.

Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.

Ətraflı videoda:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər