25 Aprel 2023 11:06
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər