"Bu, bizim haqq işimiz idi, xalqımızı təbrik edirəm".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, aprelin 23-də Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz növbəti siyasi-diplomatik qələbə qazandı:
"Kimin nə deməsindən asılı olmayaraq bu, Azərbaycanın haqq işidir. Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq iqtidarına malikdir”.
Ağamalı əlavə edib ki, Vahid Əhmədovun məsələsinə parlamentin intizam komissiyasında baxılmalıdır:
"Həmkarım Vahid Əhmədovun dövlətimizin və dövlətçiliyimizin əleyhinə olan çıxışları təəssüf hissi yaradır: Görünür, onun daxilində olan bəzi hislər bu cür danışmağa əsas verib. Onun Milli Məclisin legitimliyini şübhə altına almağa ixtiyarı yoxdur”.