25 Aprel 2023 11:38
11 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı dövlət əleyhinə səsləndirdiyi qərəzli fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında tapşırıq verib. “İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib.

Qeyd edək ki, deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər