26 Aprel 2023 21:28
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İB-nin sahibkarlarla növbəti görüşü Şəmkir rayonunda keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri ilk olaraq giriş sözü ilə açan Şəmkir RQİİ-nin rəisi sahibkarlığın inkişafı istiqamətində dövlətin yürütdüyü siyasətin Birlik tərəfindən də hər zaman dəstəkləndiyini bildirib və bunun baris nümunəsi kimi "Açıq mikrofon" aksiyasını misal çəkib. Sahibkarlar önündə çıxış edən KOBİA-nın nüməyəndəsi bu cür layihələri yüksək qiymətləndirərək sahibkarlığın inkişafı üçün hər zaman dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Mikrofon önünə keçən sahibkarlar ilk olaraq bu günədək Birlik tərəfindən onlara yaradılan şəraitə görə minnətdarlıqlarını ünvanlayıblar. Bu dəstəyin nəticəsi olaraq cari ayın sonunadək bütün borcların ödəniləcəyini qeyd edən sahibkarların tək istəyi debitor borca görə güzəştlərin növbəti il də davam etdirilməsindən ibarət olub. Görüşdə səslənən bu və ya digər müraciətlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər