27 Aprel 2023 13:34
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən “Pak məkan hamamı” adlı obyektdə keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib və həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Xidmət tərəfindən sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddət ərzində aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər