27 Aprel 2023 20:25
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 700-dən artıq müraciətə baxılıb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər