28 Aprel 2023 15:17
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 aprel 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən Ceyranbatan su anbarının ərazisində “Heydər Əliyev İli” münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada Nazirliyin struktur bölmələrinin əməkdaşları iştirak edib.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Əvvəlcə, tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib. Ulu Öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyevin 100 illiyi münasibətilə 10000 ağac əkək” aksiyası həyata keçirilir. Bu münasibətlə 10000-dən artıq eldar şamı və sərv ağacı tingləri yetişdirilib, Ceyranbatan su anbarı ərazisində 20 hektara yaxın müvafiq sahə hazırlanıb.

Yanvar ayının 31-dən başlayaraq, həmin ərazidə mütəmadi olaraq ağac əkilməsinə başlanılıb və bu günə qədər artıq 9000 ağac əkilib. Bunların da 8000-i sərv, 1000-i isə eldar şamıdır. Aprelin 28-də isə daha 1000 ağac əkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər