2 Yanvar 2015 23:29
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Mənəvi mühitdə qadınların rolu” mövzusunda qadınların toplantısının keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirin əvvəlində “Qazi Qarabağ” azanı səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycanın mənəvi mühitində hər kəsə doğru yol nəsib olmur. Onun sözlərinə görə, bu gün dövlət tərəfindən dini cameədə yaradılan tolerant mühitdən sui-istifadə edənlər var: “Lakin Azərbaycan qadınlarının ailədə, cəmiyyətdə vəzifəsi övladlarına, gənclərə doğru yol göstərməkdir. Yalnız bu halda onlar pis əməllərdən, vərdişlərdən uzaq ola bilərlər. Yaddan çıxarmamalıyıq ki, bizi qarşıda Qarabağ, işğal olunmuş torpaqların azadlığı gözləyir. Biz də Azərbaycan qadını olaraq, bu yolda əlimizdən gələni əsirgəməməliyik. Bu yolda İslam dininin, Peyğəmbər (s.a.s) əxlaqının təbliği haqq yolunda görülən işlərə mübarək vəsilə ola bilər”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər