29 Aprel 2023 13:24
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən ötən həftə ərzində silsilə mülki müdafiə kursları keçirilib.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Belə ki, Sumqayıt Regional Mərkəzi tərəfindən "Xilasetmə manqa komandirləri", Şimal Regional Mərkəzi tərəfindən “İnzibati Ərazi Dairələri üzrə nümayəndələr”, Aran Regional Mərkəzi tərəfindən isə “Qəza-texniki manqalarının komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər