29 Aprel 2023 13:59
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xətai rayonu 257 saylı, Binəqədi rayonu 3 saylı, Suraxanı rayonu 275 saylı tam orta məktəblərində, Səbail rayonu 160 saylı Klassik Gimnaziyada, Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Yalama kənd və Qusar rayonu Piral kənd tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayonu M.Mirzəmmədov adına Aratkənd kənd və Z.Hüseynov adına Ülgüc kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhər 10 saylı tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonu M.Məmmədov adına Bəyimsarov kənd və Füzuli rayonu M.Hacıyev adına Babı kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 12 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lerik rayonu Piran kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər