29 Aprel 2023 21:42
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.

Bu barədə Teleqraf.сom-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakinindən müxtəlif adlarda, ümumilikdə 163 600 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər