29 Aprel 2023 22:56
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb.

Teleqraf.com xəbər verir ki, Dilarə Əliyeva aparıcısı olduğu “Söhbət var” verilişində mərhum həyat yoldaşı ilə bağlı monoloq deyib.

"Mən bu verilişdə monoloq deməyə başlayanda haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən, sənət, sirr, dərd, yol, ömür-gün, həyat yoldaşım haqqında - Oqtay Əliyev haqqında monoloq deyəcəyəm...Bu sənət pilləkənində heç vaxt qoymazdın ayağıma daş dəysin. İndi haranın daşını başıma töküm bilmirəm. Hansısa bir işə başlayanda çox arxayın idim, bilirdim ki, arxamda dağ kimi dayanmısan, indi ürəyimdə özüm boyda dağ var. Ağrı dağını çox sevirdin, indi kürəyimdə ağrı, qəlbimdə dağ var. İpə-sapa yatmaz adam idin, bir yerdə durmazdın, hamının yanında idin. İndi sən hamının yadındasan. Bu camədə çoxunun uğurlarında, həyatında bir Oqtay Əliyev var idi. Harada desən orada var idin. Amma mən qəzada ayılanda sən yanımda yox idin. Hər səhəri səninlə açardım, məndən qabaq ayılardın, amma mən qəzada ayılanda sən artıq yox idi. Bir iş dalınca gedəndə məndən öncə oraya gedərdin, məndən öncəyə düşərdin, hər şeyi rahatlaşdırardın. Bu dəfə də belə elədin. Məndən qabağa düşdün, inşallah Oqtay, görüşəcəyik...Onda qulağıma deyərsən, bu necə baş verdi?!, - o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər