30 Aprel 2023 17:01
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 380 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 867 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 272 nəfərdir.

Ölkədə son sutka ərzində 753, hazırkı dövrədək isə 7 590 257 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər