4 May 2023 15:21
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR AQŞ şirkəti İnteqrə Olunmuş İdarəetmə Sistemi Neft və Qaz üzrə Kompleks Qazma və Quyu Xidmətlərinin Təmin Edilməsi sahəsində “API Spec Q2” İkinci Nəşr Sertifikatının tələblərinə cavab verdiyinə görə, Amerika Neft İnstitutu tərəfindən təkrar sertifikatlaşdırmadan uğurla keçib.

“API Spec Q2” İkinci Nəşr Sertifikatı neft və qaz təchizatı zəncirlərində ən yüksək standartların tətbiqini asanlaşdırmaq üçün təhlükəsizlik, keyfiyyət, ətraf mühitin mühafizəsi və davamlılıq tələblərini daha da artırır. SOCAR AQŞ tərəfindən təmin edilən xidmətlər dünya səviyyəli API spesifikasiyalarına cavab verir, neft və qaz sənayesinin üstün təcrübəsinə təminat verir, həmçinin dəniz platformalarında aparılan əməliyyatlarının təhlükəsizliyini, ətraf mühitə nəzarəti və proseslərin bütövlüyünü davamlı olaraq təkmilləşdirir.

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev: "Bu sertifikat ona görə vacibdir ki, “API Spec Q2” bizim fəaliyyət göstərdiyimiz sahədə ən yüksək qlobal standartlardan biridir və buna kollektiv səylərimiz sayəsində nail olduğumuz üçün qürur hissi duyuram. Fürsətdən istifadə edərək, KSƏTTƏMM komandasına və digər işçilərə audit prosesinə verdikləri böyük töhfə və dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm."

“SOCAR AQŞ özünün İnteqrə Olunmuş İdarəetmə Sisteminin dünya standartlarına cavab verdiyini və “API” sertifikatlı mütəxəssislər tərəfindən hərtərəfli sınaqdan keçirildiyini nümayiş etdirir. SOCAR AQŞ-nin İnteqrə Olunmuş İdarəetmə Sistemi ciddi tələblərə cavab verir və “API Q2” spesifikasiyası sənaye məhsullarının və əməliyyatlarının təhlükəsizliyini və uyğunluğunu daha da artıran əsas keyfiyyət idarəetmə standartıdır”, deyə Samir Mollayev əlavə edib.

Biz “API Spec Q2” sertifikatının fəaliyyət göstərdiyimiz sahə üçün faydalı olduğundan tam əminik və aparıcı enerji xidməti təminatçılarından biri olaraq müştərilərimizə yüksək keyfiyyətli xidmətlər göstərməyə davam edəcəyik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər