Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Probasiya xidmətində icra olunur.
Teleqraf.com xəbər verir ki, Probasiya xidmətindən Bakı şəhəri üzrə şərti olaraq məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və azadlığı məhdudlaşdırılan 28 nəfər cəzasından azad edilib.